Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 138.121 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Hosseinqoli.jpg
Hüseynqulu xan SərdarAzərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.

Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.

Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.

I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Avropa 51 (film, 1952).jpg
Avropa 511952-ci ildə İtalyan rejissoru Roberto Rossellini tərəfindən İtaliyada çəkilən ağır psixoloji dramatik janrında olan filmdir. Bu film digər xarici ölkələrdə müxtəlif adlarla tanınır.

İtalyan neorealizmi kino axınının başladıcısı və ən əhəmiyyətli xarakterlərdən biri olan Roberto Rossellininin idarə etdiyi filmin ssenarisini də yenə Rosselini öz hekayəsindən bir neçə insanla birlikdə uyğunlaşdırıb yazmışdır. Film heyətlərinin 10-nun içində Federiko Fellini də vardır. Rosselini ayrıca Karlo PontiDino de Laurentislə birlikdə filmin prodüserliyini də öz öhdəliyinə götürmüşdür.

Filmdə çəkilən İnqrid Berqman, Aleksander Noks, Ettore Cannini, Cülyetta Mazina (Federiko Fellininin arvadı) və Tereza Pellatininin oynadıqları ağ-qara filmin görünüşlərini məşhur italyan rejissoru Aldo Tonti çəkmişdir. Filmin xüsusi musiqisi isə bəstəkar, eyni zamanda rejissorun qardaşı olan Renzo Rosselliniyə aiddir (Roberto Rossellininin oğlunun adı da qardaşınınkı kimi Renzodur və kinoda prodüser olaraq çalışır).

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Irma Grese.jpg

HSCommons.svg Günün seçilmiş şəkli

Nasir-al molk -1.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Kofi Annan


Son ölümlər: Marlen Əsgərov, Ədalət Ziyadxanov

HSDagensdatum.svg Tarixdə bu gün — 23 sentyabr

Neptun
  • 1821Yunan inqilabı: qiyamçılar Tripolitsanı ələ keçirərək şəhərin 30 minə yaxın müsəlman əhalisini qətlə yetirdilər.
  • 1846 — Astronom İohann Qalle Urben Leveryenin təlimatlarını əsas götürərək Neptun planetini aşkar etdi.
  • 1889Fusadziro Yamauti Nintendo adlı oyun kartları istehsal edən şirkətin əsasını qoydu.
  • 1913 — Fransız təyyarəçi Rolan Qarros tarixdə ilk dəfə Aralıq dənizinin üzəri ilə bir sahildən digərinə uçdu.
  • 1923Bolqarıstanda Sentyabr üsyanı başladı.
  • 1932Nəc və Hicaz Krallığı Səudiyyə Ərəbistanı Krallığı ilə birləşdiyini elan etdi.
  • 1989Azərbaycan dili Azərbaycanın dövlət dili elan olundu.
  • Digər günlər: 22 sentyabr23 sentyabr24 sentyabr

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Topch.jpg
    Gürcüstan azərbaycanlılarının siyahısıGürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.

    Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), KaxetiMsxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir.

    Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür.

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-az.png Vikipediya digər dillərdə